
İsveç və Danimarkanın İrandakı səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb.
yasamal.tv xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Onların Quranların yandırılması ilə bağlı çağırıldığı qeyd olunur.
Hər iki səfirə bu ölkələrdə Qurana qarşı davam edən təhqirlərə etiraz bildirilib.