
Məşhur rejissor, Vaxtanqov Teatrının baş rejissoru Ruben Simonovun dul arvadı Svetlana Cimbinova öz mənzilində ölü tapılıb.
yasamal.tv xəbər verir ki, onun cəsədi bir ildən çox orada qalıb.
Xeyli müddət Cimbinovanı görməyən qonşuları polisə müraciət ediblər.
Hüquq mühafizə orqanları işçiləri 83 yaşlı rejissorun mənzilinin qapısı avqustun 6-da açıb. Onun mumiyalanmış meyiti otaqlardan birindəki döşəmədə tapılıb.
Ekspertizadan sonra mütəxəssislər meyitin bir ildən çox evdə qaldığını bildiriblər.