Conni Depp bu qonorar qarşılığında Moskvaya gəlir

15

Hollivud ulduzu Conni Depp Moskvaya gedəcək.

yasamal.tv xəbər verir ki, bu barədə “Ya more” qrupunun mətbuat xidməti məlumat yayıb. Məlum olub ki, aktyorun komandası ilə danışıqlar 2018-ci ildən, daha doğrusu, Depp “Олимпийском”də Hollivud vampirlərinin tərkibində çıxış etdiyi andan gedir.

Danışıqlar iki il davam edib, hər şey Deppin Amber Herdi məhkəməyə verməsi ilə çətinləşib. Bir il əvvəl məhkəmədə qalib gəldikdən sonra aktyorun komandası gəlməyə razılıq verib.

Musiqiçinin sözlərinə görə, Hollivud aktyoru ilə 370 min dollar qonorar razılaşdırılıb. Hətta onun bir çox Rusiya şəhərlərinə səfəri olacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin