Azərbaycanın tədiyyə balansında kəsir yaranıb

12

Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 343,5 milyon ABŞ dolları təşkil edib.

Halbuki, ötən ilin eyni dövründə tədiyyə balasında 2 019,3 milyon dollarlıq qalıq yaranmışdı.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 646,3 milyon dollarlıq qalıq (illik müqayisədə 59,7% az), maliyyə hesabındakı 1 394,1 milyon dollarlıq kəsir (6,5 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 595,7 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub) hesabına formalaşıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin