“Qürurla deyirəm, anama, atama təşəkkür edirəm Atam dünyasını dəyişsə də, anam hər an yanımdadır. Ailəmlə xoşbəxtəm: həyat yoldaşım və balalarım var”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Manana “Show news” verilişinə açıqlamasında deyib. Ailəsindən danışan sənətçi bildirib ki, xoşbəxtdir:
“Nə yaxşı Gürcüstanda doğulub, Azərbaycanda tanındım. Sevilirəm… Hər gün bu sevgi ilə yaşayıram. Mənim də həyatımda qəm, kədər olur. Amma medalın yaxşı tərəfini izləyirəm. İnsanlar məni görəndə elə sözlər deyirlər ki, utanıram. Anama yaxınlaşırlar ki, çox sağ ol, belə qız böyütdün”.