Azərbaycan Fransaya NOTA verəcək – RƏSMİ AÇIQLAMA

11

“Azərbaycan televiziyası əməkdaşlarının hücuma məruz qalmasını qınayırıq”.

yasamal.tv xəbər verir ki, bunu News24.az-a açıqlamasında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AzTV əməkdaşlarının Fransada təzyiqə məruz qalması ilə bağlı bildirib.

O, qeyd edib ki, bu hücum azad jurnalistika fəaliyyətinə qarşı hücum kimi dəyərləndirilməlidir:

“Baş vermiş bu hadisənin araşdırılması, hücumu törədənlərin müəyyən edilməsi və cəzalandırılması üçün müvafiq tədbirlər görüləcək. Təbii ki, səfirlik tərəfindən məsələ ilə əlaqədar Fransa XİN-ə nota göndəriləcək. Hesab edirik ki, hadisəni törədənlərin tapılıb cəzalandırılması gələcəkdə bu cür halların qarşısının alınması baxımından olduqca önəmlidir. Məsələ tərəfimizdən nəzarətdə saxlanılır”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin