“Elə bilirdim üzüm tamam pis vəziyyətə düşəcək”

12

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Əməkdar artist Mətanət İsgəndərlinin sosial şəbəkədə paylaşdığı videoda gözünün altındakı ləkə və şiş diqqət çəkmişdi.

yasamal.tv xəbər verir ki, “Xəzər axşamı” verilişində qonaq olan sənətçi səhifəsində yayımlanan videolara nəzarət etmədiyini bildirib:

“45 kiloqram çəki atmışam. Elə bilirdim ki, üzüm tamam pis vəziyyətə düşəcək. Hələlik heç bir plastik etdirməmişəm. Amma üzgərmə əməliyyatı etdirəcəyəm. Allaha minnətdaram ki, hər şeyim yerindədir. Ehtiyac yoxdur. Gözümün altındakı şişkinliklə bağlı görüntülərdən isə xəbərim yoxdur. Səhifəmi mən işlətmirəm. Nə paylaşırlarsa, xəbərim olmur. Özümü göstərməyi sevmirəm. Nəyəm, buyam. Köməkçilərim də xasiyyətimi bildiklərinə görə istədiklərini sosial şəbəkədə paylaşırlar”.

Qeyd edək ki, Mətanət İsgəndərli bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı etdirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin