“ÜST-ün Azərbaycanla əməkdaşlığı çox uğurludur”

13

“ÜST-ün Azərbaycanla əməkdaşlığı çox uğurludur”.

yasamal.tv xəbər verir ki, bunu ÜST-ün Avropa üzrə Regional direktoru Hans Henri Klüge Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə ikitərəfli görüşdə deyib.

Koronavirus infeksiyası mövzusuna toxunan ÜST-nin Avropa üzrə regional direktoru COVID-19 peyvəndlərinin digər ölkələrə göndərilməsi kimi humanist addıma görə Azərbaycan rəhbərliyinə təşəkkürünü ifadə edib. Həmçinin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd edək ki, mayın 21-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasının açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin