Xocavənddə partlayıcı vasitələr aşkar edilib

13

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərk edilmiş mövqelərdən erməni hərbi qüvvələrinə məxsus partlayıcı vasitələr aşkar edilib.

yasamal.tv xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları rayonun Tuğ kəndindəki meşə massivində 52 ədəd müxtəlif növ mərmi və 14000 ədəd avtomat patronu aşkar edərək Minatəmizləmə Agentliyinə təhvil verib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin