Ermənistan silahlı qüvvələri artilleriya qurğularından mövqelərimizi atəşə tutub

14

Mayın 12-si saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub.

yasamal.tv xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

Bölmələrimiz itki verməyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin