Almaniya qaçqınlara 1 milyard avro ayıracaq

15

Almaniya hökuməti bu il qaçqınların ehtiyaclarının qarşılanması üçün regionlara əlavə 1 milyard avro ayıracaq.

yasamal.tv xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts məlumat verib.

O qeyd edib ki, qaçqınlarla bağlı siyasətin məqsədi həmrəylik bölgüsü sisteminə nail olmaqdır.

“Federal hökumət bütün üzv ölkələr arasında qaçqınların qəbulu ilə bağlı razılığın əldə olunmasını təmin etmək üçün Avropa İttifaqı çərçivəsində fəaliyyətini davam etdirəcək”, – O.Şolts qeyd edib. 

Qeyd edək ki, Almaniya hökumətinin məlumatına görə, hazırda bu ölkəyə təkcə Ukraynadan deyil, həm də digər dövlətlərdən də qaçqınlar gəlir. Bu ilin ilk 4 ayında sığınacaq üçün müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 78,4% artıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin