Argentinada Dünya Seriyası başladı

11

Argentinanın paytaxtı Buenos-Ayresdə çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsi start götürüb.

yasamal.tv xəbər verir ki, dünən qruplarda ilk 2 turun görüşləri keçirilib.

70 kq

Ramiz Həsənov B qrupunda Vilfrido Esteban Samanieqo (Panama) və Con Vilmer Karrenoya (Peru) 3:0 hesabıyla qalib gəlib. Həsənov sonuncu turda Vilfredo Aqusto Rodrigeslə (Venesuela) qarşılaşacaq.

90 kq

İbrahim Yusubov A qrupunda Yonas Van Kaenegemə (Belçika) 3:0 və Xristos Samartsidisə (Yunanıstan) 3:2 hesabıyla qalib gəlib. Yusubov sonuncu turda Elton Aleksandr Morrisonla (Panama) üz-üzə gələcək.

+90 kq

Oyan Nəzəriani Axilles Xrisidisə (Yunanıstan) 3:0 hesabıyla qalib gəlib, Xose Daniel Roberttiyə (Venesuela) 0:2 hesabıyla məğlub olub. Nəzəriani sonuncu turda Nikolas Enzo Baezlə (Argentina) güləşəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin