
“Qazaxıstanda 4 günlük iş həftəsi ilə bağlı qəbul olunmuş qərar heç də bütün sahələrdə məcburi şəkildə 4 günlük iş həftəsi olacağı anlamına gəlmir. Qazaxıstan Respublikasının Əmək Məcəlləsində edilmiş dəyişikliyə əsasən, tərəflərin razılığı ilə əmək müqaviləsi beş günlük və ya altı günlük iş həftəsi ilə əvəzlənmək hüququ ilə dörd günlük iş həftəsi təyin etməyə imkan verir. Bu, sadəcə qarşılıqlı razılıq əsasında əmək müqaviləsində dəyişiklik etməklə mümkün olacaq məsələdir”.
yasamal.tv xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Badamov deyib.