ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) koronavirus pandemiyasının yayılmasının ən çox ehtimal olunan səbəbinin Vuhandakı Çin hakimiyyətinin nəzarətində olan laboratoriyadan sızma olduğunu hesab edir.
yasamal.tv xəbər verir ki, bu barədə FTB-nin direktoru Kristofer Rey bildirib.
“Pandemiyanın mənbəyi çox güman ki, Vuhandakı laboratoriya insidentidir. Çin hökuməti pandemiyanın səbəbləri ilə bağlı təhqiqata mane olmaq və çaşqınlıq yaratmağa çalışmaq üçün əlindən gələni edir”, – deyə o söyləyib.
Qeyd edək ki, fevralın 15-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyi ilə bağlı araşdırmanı “məlumat toplama problemləri” səbəbindən dayandırıb. Təşkilatın məlumatına görə, Çin hakimiyyətinin ÜST ilə əməkdaşlığı dayandırması səbəbindən araşdırmanın ikinci mərhələsinin qarşısı alınıb.