Səhər və axşam saatlarında işə gəlib-gedənlərin sayının nizamlanması, nəqliyyatda sıxlığın yaranmaması üçün təkliflər hazırlanaraq Operativ Qərargaha təqdim edilib.
Onun sözlərinə görə, sıxlığın yaranmaması üçün müəssisələrə müraciətin edilməsi nəzərdə tutulur: “İş yerlərinə müraciət etmək istəyirik ki, işə gələn işçilər 3 qrupa bölünsünlər və ayrı-ayrı saatlarda işə gəlsinlər. Müvafiq təklifimiz var. Qəbul edilsə, sabah bu barədə məlumat veriləcək”.