Ed Şiran və Adel Kral III Çarlzın tacqoyma mərasiminə qatılmaqdan imtina etdilər

11

Kralın bundan məyus olduğu bildirilir.

yasamal.tv xəbər verir ki, sənətçilərin mayın 6-da Vindzor qəsrindəki tədbirdə çıxış etməkdən imtinalarının səbəbi onların iş qrafikinin sıx olması ilə əlaqələndirilir.

III Çarlzın tacqoyma mərasimi ərəfəsində Şiranın Texasda konserti planlaşdırılıb, Adelin o zaman üçün çıxışları barədə isə məlumat yoxdur.

Həmçinin qeyd edilir ki, III Çarlzın tədbirdə görməyi arzuladığı sənətçilər arasında Harri Stayls da var. Kral musiqi proqramını şəxsən özü seçib. O xahiş edib ki, yunan kilsə musiqisi onun 2021-ci ildə vəfat edən mərhum atası Şahzadə Filippin xatirəsinə səsləndirilsin.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin