İsveç və Finlandiya ilə danışıqlar bərpa olunacaq – Çavuşoğlu

12

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesindən danışıb.

yasamal.tv xəbər verir ki, XİN başçısı ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdən sonra bu məsələyə toxunub.

Çavuşoğlunun sözlərinə görə, tezliklə İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı aparılan danışıqlar bərpa olunacaq və davam edəcək. O, Ankaranın Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınmağa imkan verməyəcəyini vurğulayıb.

Qeyd edək ki, İsveçdə PKK tərəfdarlarının keçirdiyi aksiya və Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılması hadisələrindən sonra proses dayanmışdı.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin