Balakəndə icra nümayəndəsinin oğlu heroinlə tutulub

10

Balakəndə bir neçə gün əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan Şamil Qarayevin vəzifəli şəxsin övladı olduğu məlum olub.

yasamal.tv-ın məlumatına görə, Balakən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı saxlanılan Şamil Qarayev Balakən Rayon İcra Hakimiyyəti başçısının Gərəkli kəndi üzrə icra nümayəndəsi Azər Qarayevin oğludur.

Şamil Qarayev 2012-ci ildə də Cinayət Məcəlləsinin 228.4 (soyuq silah gəzdirmə) maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Şamil Qarayev bir-neçə gün əvvəl Balakən RPŞ-nin keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış zamanı ondan 26 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin