Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Malatya şəhərində baş vermiş zəlzələdə azərbaycanlı tələbələrin həlak olması ilə bağlı başsağlığı verib.
yasamal.tv xəbər verir ki, səfir bununla bağlı öz tviter hesabında paylaşım edib:
“Ölkəmizdəki zəlzələdə həlak olan azərbaycanlı tələbələrə Allahdan rəhmət, ailələrinə və sevənlərinə səbir diləyirik”.
Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri olan – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb. Tələbələrin cənazələrinin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlanılıb. Cənazələrin bu gecə (fevralın 16-da) saat 02:00 radələrində ölkəyə gətirilməsi nəzərdə tutulub.