Daşkəsəndə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, DYP əməkdaşları tərəfindən saxlanılan “Mercedes” markalı yük avtomobilinin sürücüsü Nemət Süleymanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən N. Süleymanovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.