“Səninləyəm, Türkiyəm!” kampaniyası çərçivəsində 94,5 min AZN göndərildi

10

Zəlzələ nəticəsində humanitar yardım göstərmək məqsədilə faciənin ilk saniyələrindən etibarən, Prezident İlham Əliyevin tapşırığı və birbaşa rəhbərliyi ilə bütün Azərbaycan xalqı, fərdi və hüquqi şəxslər, həmçinin dövlət və humanitar strukturları birləşərək, bütün var-gücünü qardaş Türkiyə xalqını dəstəkləmək üçün yönləndirdi.

yasamal.tv xəbər verir ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qardaş ölkəyə dəstək olmaq çağırışına uyğun olaraq, həmişə olduğu kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti də “Səninləyəm, Türkiyəm!” adlı humanitar yardım kampaniyası elan edib.

Cəmiyyətin “Səninləyəm, Türkiyəm!” kampaniyası çərçivəsində ilk 3 gün ərzində 6 635 nəfər, 6 995 dəfə ianə etməklə 168 722 AZN məbləğində ianə göndəriblər.

“Qafqazinfo” xəbər verir ki, yığılan məbləğdən ilkin mərhələdə 1 050 530 TL (94 592 AZN) artıq 08.02.2023-ci il tarixində Türkiyəyə göndərilib.

Hazırda Türkiyə xalqına dəstək üçün kampaniya davam edir. Kampaniya çərçivəsində istənilən fiziki və hüquqi şəxslər birbaşa maliyyə yardımı göstərə bilərlər:

Onlayn bank kartı vasitəsilə ianə etmək üçün bu linkdən istifadə edə bilərsiniz: https://yardim.et/az/donations/bank/online

Nağd pul vasitəsilə ianə etmək üçün MilliÖn və eManat ödəniş terminallarında xeyriyyəçilik bölməsində “yardim.et” düyməsindən istifadə edə bilərsiniz. Ətraflı: https://youtu.be/J9ku_Z1PXXU və https://youtu.be/pEE34XRl3Dw

SMS vasitəsilə ianə etmək üçün Azercell Abunəçiləri 8116 qısa nömrəsinə SMS göndərə bilərlər. Ətraflı: https://youtu.be/hj-4V-lCr68

Elektron pul kisəsi vasitəsilə hesab.az saytından ianə edə bilərsiniz. Ətraflı: https://youtu.be/r483-sNxcfE

Həmçinin Azərbaycan Beynəlxalq Bankı, Paşa Bank, MilliÖn, mPay və hesab.az mobil tətbiqlərindən istifadə edərək ianə edə bilərsiniz.

Hüquqi şəxslər həmçinin bank köçürmə vasitəsilə ianə edə bilərlər. Əlaqə üçün: [email protected]

Bütün yığılan ianələr Türkiyəyə humanitar yardım göstərmək məqsədilə göndəriləcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin