İranın Abdanan şəhərində azadlıqsevərlər küçələrdə tonqallar yandıraraq yolu bağlayıblar.
yasamal.tv xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında qeyd edilir.
Etirazçılar molla rejiminə qarşı “diktatora ölüm olsun” şüarı səsləndirirlər.
Məlumatlara görə, atəş səsləri də eşidilir, hökumət məmurları hadisə yerindən qaçırlar.