“ABŞ-da baş verən iğtişaşlar bu ölkənin daxili işidir. Rusiya hadisələrə müdaxilə etmir”.
TASS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Biz sözsüz ki, ABŞ-da baş verənləri çox diqqətlə izləyirik. Lakin orada olanlar bu ölkənin daxili işidir. Biz heç vaxt ABŞ-ın daxili işlərinə qarışmamışıq. İndi də qarışmaq niyyətində deyilik”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays bildirib ki, etiraz aksiyaları zamanı baş verən iğtişaşlarda özgə barmağının olması və hadisələrin Rusiya tərəfindən maliyyələşdirilməsi istisna edilmir.(oxu.az)