Vahid Əhmədov: “Lombardların lisenziyalaşdırılması çox vacibdir”

13

Azərbaycanda lombardların fəaliyyəti üçün lisenziyaların verilməsi çox vacibdir.

yasamal.tv-ın məlumatına görə, bunu deputat Vahid Əhmədov bu gün keçirilən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər süni qiymət artımı var: “Müsbət nəticələri hələki görmürəm. 2023-cü ildə də inflyasiyanın azalacağına inanmıram. Biz çalışmalıyıq ki, “Lombardlar haqqında” Qanunu qəbul edək”.

O bildirib ki, Gürcüstanda qiymət artımı ilə bağlı tavan qiyməti qoyurlar, yəni bu qiymətdən yuxarı məhsullar satıla bilməz: “Təklif edirəm ki, İqtisadiyyat Nazirliyilə qiymət siyasəti ilə bağlı görüş keçirək”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin