Ronaldo 200 milyon avroya görə klubu məhkəməyə verdi

13

“Mançester Yunayted”lə yollarını ayıran məşhur ulduz Kriştiano Ronaldo Turin “Yuventus”unu məhkəməyə verib.

yasamal.tv xəbər verir ki, buna səbəb klubun ona 19,5 milyon avro borcu olmasıdır. Ronaldo 2018-2021-ci illərdə “Yuventus”da yer alıb. Koronavirus pandemiyası zamanı klub bəzi futbolçuların maaşlarını azaldıb, lakin bir müddət sonra onlara qeyri-rəsmi ödənişlərə zəmanət verib. Bu məbləğlər maliyyə hesabatlarından yan keçib. Ötən ilin sonunda İtaliya hakimiyyəti üç il ərzində təxminən 200 milyon avro itki gizlətdiyi üçün “Yuventus”u məhkəməyə verib.

Ronaldonun illərlə maliyyə fırıldaqçılığından xəbəri olub-olmadığı hələ bəlli deyil. Bununla belə, Kalsio Finanzanın sözlərinə görə, istintaqda “futbolçunun qonorarının ödənilməsini təxirə salmağı xahiş etdiyi məktubun təfərrüatları var” ifadəsi təqdim edilib.

Məktubun rəsmi imzalanmadığı da bildirilib. Ona görə də futbolçunun arzuladığı pulu alacağına inanmaq çətindir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin