Cəfər Cabbarlının Ev-Muzeyində bərpa işləri başa çatdırılıb

14

Cəfər Cabbarlının Ev-Muzeyinin dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb.

yasamal.tv xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən dərhal verilən tapşırığa əsasən, yanvarın 15-də muzeyin binasının dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb.

Qeyd edək ki, yanvarın 13-də günün ikinci yarısında güclü külək Xızı rayonunda Cəfər Cabbarlının Ev-Muzeyinin dam örtüyünün bir hissəsini uçurtmuş, həmçinin muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətləri sıradan çıxarmışdı.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin