“Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı son hesabatında Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb.
Hesabatda qeyd olunub ki, Azərbaycan Ordusunun arsenalında 312 təyyarə və helikopter, 920 tank, 23 912 zirehli maşın, 167 özüyeriyən atrilleriya, 319 ədəd yedəkli artilleriya və 323 reaktiv qurğu, dəniz flotunda isə 49 gəmi var. Sənədə əsasən, Azərbaycanın müdafiə büdcəsi 3,1 milyard ABŞ dolları təşkil edir.
“Global Firepower” təşkilatı reytinq hazırlayarkən silahlar və əsgərlərin sayından əlavə olaraq, altıdan çox amili – zirehli texnikası, dəniz qüvvələri, müəyyən bir ölkənin təbii ehtiyatları, şəxsi heyətin sayı, nəqliyyat və infrastrukturun inkişaf səviyyəsi, hərbi büdcə, valyuta ehtiyatları və alıcılıq qabiliyyəti nəzərə alır.
Reytinqdə ilk beşliyə ABŞ, Rusiya, Çin, Hindistan və Böyük Britaniya daxildir. Türkiyə 11-ci, İran isə 17-ci yerdədir.(