Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
yasamal.tv xəbər verir ki, Uğurbəyli kəndi ərazisində Kətəlparaq kənd sakini S.Vəliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolun kənarında gedən kənd sakinləri Həqiqət Bağırovanı və 12 yaşlı nəvəsi M.Bağırovanı vurub.
Xəstəxanaya yerləşdirilmiş qadın ölüb, uşağın vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.