Fransa vətəndaşlarının əksəriyyəti 2023-cü illə bağlı olduqca bədbindir və bunun nə ölkə, nə də şəxsən onlar üçün əvvəlki ildən yaxşı olmayacağına inanır.
yasamal.tv report.az-a istinadən xəbər verir ki, belə nəticələri “Elabe” sosioloji xidməti yanvarın 3-dən 4-dək 1000 nəfər arasında keçirilən sorğunun nəticələrinə əsasən dərc edib.
“Respondentlərin 50%-nin fikrincə, 2023-cü il ölkə üçün daha pis olacaq, 33%-i bunun nə daha yaxşı, nə də daha pis olacağına inanır, 8%-i isə düşünür ki, daha yaxşı olacaq. Özlərinə gəldikdə, 34% hər şeyin daha da pisləşəcəyini gözləyir, 38% – nə yaxşı, nə də daha pis, yalnız respondentlərin 16%-i hər şeyin yaxşılaşacağına inanır”, – sorğuda deyilir.
Bununla belə, sosioloji xidmət qeyd edib ki, fransızların əhval-ruhiyyəsi 2021-ci ilin oktyabrından sistematik şəkildə pisləşir.
Respondentlərin əksəriyyəti (56%) üçün alıcılıq qabiliyyəti ilə bağlı məsələlərin səlahiyyətli orqanlar tərəfindən həlli aktuallıq baxımından birinci yerdə qalır, 44% daim xərcləri məhdudlaşdırmaq məcburiyyətində qaldıqlarını, yalnız 18% təsdiqləyib ki, ayın sonunda pula qənaət etmək imkanları var.
Qeyd olunub ki, sorğuda iştirak edənlərin 36%-i sağlamlıqla, 21%-i pensiya ilə bağlı məsələlərdən narahatdırlar, 23%-i isə təhlükəsizliyi onlar üçün ən vacib mövzulardan biri adlandırıb.