Bayden ABŞ büdcəsini təsdiq edib

12

ABŞ Prezidenti Cozef Bayden cari maliyyə ili üçün təxminən 1,7 trilyon dollarlıq büdcəni təsdiqləyib.

yasamal.tv xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

C.Baydenin imzaladığı sənədlə Ukraynaya, o cümlədən ABŞ-ın NATO-dakı müttəfiqlərinə ümumilikdə 44,9 milyard dollar hərbi yardımın ayrılması da nəzərdə tutulur. Daxili xərclər 6 % artaraq 772,5 milyard dollara, müdafiə xərcləri isə təxminən 10 % artaraq 858 milyard dollara çatacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin