Daha bir brend – italyan moda evi “Gucci” pedofiliyanın təbliğində ittiham olunub.
yasamal.tv xəbər verir ki, buna səbəb müğənni, aktyor Harri Stilsin siması olduğu yeni “HA HA HA” kolleksiyasının reklam kampaniyası olub. O, uşaq çarpayı döşəyinin yanında çəhrayı oyuncaq ayı şəkli olan köynəkdə poza verib və bu, sosial şəbəkə istifadəçiləri tərəfindən böyüklər üçün nəzərdə tutulan reklamda uşaq əşyalarından istifadənin qəbuledilməz olunduğu vurğulanıb. İzləyicilər brendi pedofiliyanı təbliğ etməkdə ittiham edib.
Qeyd edək ki, bir müddət əvvəl “Balenciaga” brendi də oxşar qalmaqalın mərkəzində idi.