İmamoğlu özünə başqa valideynlər axtarır – Ərdoğan

13

Türkiyədə seçki dövrü yaxınlaşdıqca iqtidar-müxalifət münasibətləri gərginləşməyə davam edir.

yasamal.tv xəbər verir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Kemal Kılıçdaroğlu və İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun münasibətləri haqqında danışıb.

“Bay Kemal, oğluna sahib çıx. “O özünə başqa valideynlər axtarışına çıxıb” demədən dayana bilmədim. 6 ayrı səsin çıxdığı, hər kəsin bir-birinin arxasından iş çevirdiyi intriqanın, tələlərin ərşə qalxdığı qəribə masaya millət gələcəyini təslim etməz”, – deyə Ərdoğan müxalifətin ittifaqı olan “Altılı masa”nı tənqid edib.

Qeyd edək ki, CHP sədri Kemal Kılıçdaroğlu bir müddət əvvəl Əkrəm İmamoğlu ilə ata-oğul münasibətlərinə malik olduqlarını söyləmişdi.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin