NASA Mars və Ay araşdırmalarında istifadə etmək üçün 8 ay karantində qalacaq könüllü kosmonavt axtarır.
Millitrubuna.az bildirir ki, NASA kosmonavtlar üçün müəyyən tələblər də qoyub.
Onlar 35-55 yaş aralığında olmalı, ingilis və rus dillərində səlist danışa bilməlidirlər. Həmçinin akademik dərəcəyə sahib olmalı, hərbi xidməti başa vurmalıdırlar.
Könüllülər bir müddət Rusiyadakı laboratoriyaların birində karantində qalacaqlar.(ted.az)