Bakıda 40 yaşlı kişi ürəyindən bıçaqlandı

10

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

yasamal.tv xəbər verir ki, rayonun Şağan qəsəbə sakini, 1980-ci il təvəllüdlü Azər Məmmədov küçədə ürəyindən bıçaqlanıb.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Əli Abdullayev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsini 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin