Məhəmməd Baqir Qalibaf İran Parlamentinin spikeri seçilib.
yasamal.tv xəbər verir ki, İran Parlamentinin bugünki iclasında açıq səsvermə zamanı sabiq mer Məhəmməd Baqir Qalibaf 240 deputatdan 166-nın dəstəyini alıb.
Bu posta iddia edən digər namizədlərdən professor Fridun Abbasi Davani 17, sabiq mədəniyyət naziri Seyid Mustafa Mirsəlim 12 səs alıb.
Qeyd edək ki, M.B.Qalibaf 2008-ci ildən parlamentin sədri postunu tutan Ə.Laricanini əvəz edəcək. (Apa)