Aygün Kazımova: “Bu işdə özümə qadağalar qoyuram”

12

“Nəhayət ki, adımın mənasını reallaşdırıram. Aya, günə dönmüşəm”.

yasamal.tv Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “ATV Maqazin 10larla” proqramında deyib.

Pop-diva özünə qoyduğu qadağalardan danışıb:

“Özümə qadağalar qoyuram. Əvvəlcədən planlarım barədə bir kəlmə də ala bilməyəcəksiniz.

Əvvəllər gənc idim, təcrübəsiz idim. Layihəm haqqında açıqlamalar verirdim, həmin işlər gerçəkləşməyəndə isə jurnalistlərlə üz-üzə qalırdım.

İndi isə susacağam. Belə daha maraqlı olur. Bu işdə ən yaxşısı heç kimin gözləmədiyi halda yeni layihəmi təqdim etməkdir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin