Saakaşviliyə dəstək aksiyası keçirilib

10

Gürcüstanda sabiq prezident Mixail Saakaşviliyə növbəti dəstək aksiyası keçirilib.

yasamal.tv xəbər verir ki, aksiya Gürcüstanın Gürcü Arzusu Partiyasının qurucusu, ölkənin sabiq baş naziri Bidzina İvanişvilinin evinin qarşısında keçirilib.

Mitinqdə Vahid Milli Hərəkat Partiyasının üzvləri və tərəfdarları iştirak edib.

Aksiya iştirakçıları bildiriblər ki, bugünkü hərəkətlə onlar Bidzina İvanişviliyə konkret mesaj veriblər:

“Məhkəmə Saakaşvilini ən pis vəziyyətdə həbsxanada saxlasa, bu, onun üçün ölüm hökmü olacaq. Bu halda Bidzina İvanişvilinin evləri etirazın mərkəzinə çevriləcək. Aksiyalar intensiv hal alacaq”.

Qeyd edək ki, növbəti mitinq dekabrın 22-nə planlaşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin