Şuşa-Xankəndi yolunda artıq dördüncü gündür davam edən etiraz aksiyasına Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş İsmayıl Kərimlinin atası Ceyhun Kərimov da qoşulub.
yasamal.tv xəbər verir ki, şəhid atasıermənilərə rus dilində müraciət edib. “Vardanyan, Arutyunyan, Keosayan kimi separatçılar öz xalqını uçuruma, məhvə sürükləyirlər. Erməni xalqı nəhayət başa düşməlidir ki, onların mövcudluğu ancaq Azərbaycanla sülh şəraitində yaşamaqdan keçir. Mən ermənilərə müraciət edirəm. Bu separatçıları Qarabağdan qovun, nəticədə sizin yaşadığınız əraziyə əmin-amanlıq, inkişaf gələcək”.
Ceyhun Kərimov əlavə edib ki, o, bir azərbaycanlı olaraq erməni xalqına pis heç nə arzu etmir, amma əgər onlar öz qanunsuz əməllərindən əl çəkməsələr, növbəti dəfə Azərbaycanın dəmir yumruğu ilə qarşılaşmalı olacaqlar.