yasamal.tv xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Ötən ilin statistikasına əsasən, hakim qadınların sayı 91 nəfər təşkil edib. 2021-ci ildə prokurorluq orqanlarında çalışan qadınların sayı 93 nəfər olub.
Qeyd olunub ki, 2020-ci illə müqayisədə qadın prokurorların sayı 24% artıb.