Kreml: “Əliyev, Putin və Paşinyan arasında görüş razılaşdırılmayıb”

10

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş razılaşdırılmayıb.

yasamal.tv-ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hələlik bu məsələ ilə bağlı konkret razılaşmalar yoxdur. Eyni zamanda, bildiyiniz kimi, MDB-yə üzv dövlətlərin başçılarının qeyri-rəsmi görüşü nəzərdə tutulub. Burada azı üç iştirakçının məsələni müzakirə etmək imkanı olacaq”, – D.Peskov deyib.

Daha əvvəl MDB ölkələri liderlərinin növbəti qeyri-rəsmi görüşünün dekabrın sonunda Sankt-Peterburqda keçiriləcəyi bildirilmişdi.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin