Son 5 ildə Azərbaycanda vəkillərin sayı 2,5 dəfə artıb

11


yasamal.tv xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası (VK) üzvlərinin konfransında nümayiş olunan Kollegiyanın 2017-2022-ci illərdəki fəaliyyətini özündə əks etdirən hesabat filmində yer alıb.

Qeyd edilib ki, 2018-ci ildən başlayaraq Azərbaycan VK tərəfindən ölkəmizdə vəkillərin sayının artırılması üzrə genişmiqyaslı işlər görülməsinə başlanılıb: “Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci illərdə beş yazılı test imtahanı keçirilməklə vəkillərin sayı 931 nəfər təşkil edib. Son 5 il ərzində isə 10 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 2,5 dəfə artaraq 2267 nəfərə çatıb. Vəkillik fəaliyyətini davam etdirən Kollegiya üzvlərinin hazırkı sayı 2 240 nəfər təşkil edir. Nəticə etibarilə gənc vəkillərin sayı artaraq vəkillik xeyli cavanlaşıb”.

Bildirilib ki, vəkillərin 54 faizinin yaşı 40-dan yuxarı, qalan hissəsi isə 40 yaşadəkdir: “Hazırda ölkədə 1 836 kişi, 404 qadın vəkil var. Ölkə üzrə vəkillərin 1770 nəfəri Bakıda, 470 nəfəri isə rayonlarda fəaliyyət göstərir. Beləliklə, həm qadın vəkillərin, həm də regionlardakı vəkillərin sayı dəfələrlə artıb”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin