Maşın ağaca çırpıldı: Ölən var

10


Dekabrın 1-də saat 20 radələrində Göygöl şəhəri ərazisində Yeni Zod kənd sakini E.Yusibov idarə etdiyi “VAZ-2107” markalı avtomobili ağaca vurub.

yasamal.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Rəsmi məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən Bəsti Aslanova hadisə yerində ölüb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin