Milli komandamızın baş məşqçisi Canni De Byazi DÇ-2022 haqda danışıb.
yasamal.tv xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında azarkeşlik etdiyi komandanın İspaniya olduğunu bildirib:
“Mənim favoritim? Sensasiyalı nəticələr və son heç-heçəni nəzərə almasaq, İspaniya ən çoz inandığım komandadır”.
De Byazi 9 yaşında qızı dünyasını dəyişən İspaniya millisinin baş məşqçisi Luis Enrikenin bir mükafata layiq olduğunu bildirib: “Həyatın ondan aldığı şeylərdən sonra bu turniri qazana bilsəydi, çox sevinərdim. Yəni, Tanrı digər əli ilə ona bir şey qaytarardı”.
De Byazi İtaliya millisinin mundialdan kənarda qalması haqda da danışıb: “İtaliya uğursuzdur. Avropa çempionluğunu qazanmış komandanın ardınca iki dünya çempionatından kənarda qalmasını düşünmək anormal bir şeydir”.