Şəhid zabitin nəşi Qazax rayonunun Kəmərli kəndinə aparılıb

11


Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan XTQ zabiti Yunis Qasım oğlu Kazımovun nəşi Qazax rayon Kəmərli kəndinə aparılıb.

yasamal.tv-ın məlumatına görə, 1993-cü il təvəllüdlü Y.Kazımovun nəşi ailəsinə təhvil verilib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin