Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Kəlbəcərdə şəhid olan Azad Zakir oğlu Kərimovun nəşi ailəsinə təhvil verilib.
yasamal.tv-ın məlumatına görə, Azad Kərimovun nəşi Qazax rayon Daş Salahlı kəndinə gətirilib.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü A.Kərimov ailəli olub. Onun 1 və 3 yaşında iki oğlu əmanət qalıb.
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.