Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Vadim Qocayev və onun atası Alik Qocayev dəfn edilib.
yasamal.tv xəbər verir ki, hər iki şəxs Qobustan rayonunun Sündü kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak ediblər.