“Narkotik kraliçası” kimi tanınan Sandra Avila Beltran həyatı ilə bağlı ekran işinə görə “Netflix” platformasını məhkəməyə verməyi planlaşdırır.
yasamal.tv xəbər verir ki, meksikalı narkotik kartelinin lideri Beltran “Cənub kraliçası” serialına görə platformanı və İspaniyanın “Telemundo” telekanalını məhkəməyə verəcək.
Beltran, şirkətin onun kimliyindən və həyat hekayəsindən icazəsi olmadan istifadə etdiyini söyləyib. Onun sözlərinə görə, platforma və telekanal onun imicinə xələl gətirmək və ondan pul qazanmaq niyyəti ilə qanunsuz hərəkət ediblər. Beltran serialdan əldə edilən gəlirin 40 faizi üçün məhkəməyə müraciət etmək niyyətindədir.
Qeyd edək ki, “Cənub kraliçası” 2011-ci ildə işıq üzü görüb. Ekran işinin baş rolunda Keyt Del Kastilo yer alıb. Sözügedən kanal isə 2019-cu ilin aprelində serialın yeni mövsümünün reklamı üçün narkotik satıcısının həbsinin xəbər xronikasından istifadə edib.(axsam.az)