Türkiyənin Milli Kəşfiyyat Təşkilatı PKK üzvü olan tanınmış terrorçu Ümit Tarhanı zərərsizləşdirib.
yasamal.tv xəbər verir ki, Ümit Tarhan İraqın şimalında həyata keçirilən əməliyyat zamanı zərərsizləşdirilib.
Məlumata görə, o, PKK terrorçularının hücum və təxribatlara hazırlığı və təlimi ilə məşğul olub.