ABŞ Prezidenti Co Bayden keçmiş SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçovun vəfatı ilə əlaqədar başsağlığı verib.
yasamal.tv xəbər verir ki, Bayden yazılı bəyanatında Qorbaçovun başqa gələcək naminə öz karyerasını riskə atan nadir liderlərdən olduğunu bildirib.
Ağ ev rəhbərinin sözlərinə görə, bu addım daha təhlükəsiz dünyanın qurulması və milyonlarla insanın azadlığı ilə nəticələnib.
O, Qorbaçovun uzaqgörən insan olduğunu da vurğulayıb.