“Terrorçularla anlaşmaya çalışmayacağıq” – Zelenski

12

“Ukraynalılar hərbi komissarlığa, ərazi müdafiəsi və könüllülər hərəkatına gedərək müstəqillik seçimlərini bir daha təsdiqlədilər. İndi biz terrorçularla anlaşmaya çalışmayacağıq və yalnız qələbə müharibənin sonu olacaq”.

yasamal.tv xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın Müstəqillik Günü münasibətilə xalqa ünvanladığı təbrikində deyib.

“Heç vaxt torpağımızda yad rəngləri tanımayacağıq” – Zelenski”Fevralın 24-də sözləri əməllə təsdiqləmək bizim üzərimizə düşdü. Bu gün faktiki olaraq ikinci ümumkrayna referendumu baş tutdu. Yenə əsas sual, yenə də həlledici seçim. Amma bu dəfə “hə” demək lazım idi. Bülletendə yox, ruhda və vicdanda… Seçki məntəqələrinə deyil, komissarlığa, ərazi müdafiəsi, könüllülər hərəkatına, informasiya qoşunlarına getmək və ya sadəcə olaraq öz yerində sabit və vicdanla ümumi məqsəd naminə işləməklə”, – müraciətdə deyilir.

Onun sözlərinə görə, hamı dəyişib, kimsə ikinci dəfə doğulub, kimlərsə sadəcə yoxa çıxıb. Onlar bir ukraynalı kimi, vətəndaş, şəxsiyyət, vətənpərvər biri kimi kimi yox olublar.

Zelenski qeyd edib ki, ukraynalılar birləşiblər və fevralın 24-də səhər saat 4-də dünyaya gələn yeni bir millət olublar. Prezident öz milləti haqqında “O, doğulmayıb, dirilib” deyib.

– Ağlamayan, qışqırmayan, qorxmayan bir millət. Qaçmadılar. Təslim olmadılar və unutmadılar, – Ukrayna lideri deyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin